...

Azərbaycan "OPEC+"un preventiv tədbirlərini hər zaman dəstəkləyir - Pərviz Şahbazov

İqtisadiyyat Materials 4 İyun 2023 21:43 (UTC +04:00)
Azərbaycan "OPEC+"un preventiv tədbirlərini hər zaman dəstəkləyir - Pərviz Şahbazov

Bakı. Trend:

Azərbaycan "OPEC+"un preventiv tədbirlərini hər zaman dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində energetika naziri Pərviz Şahbazov bildirib.

"OPEC+" formatında qlobal neft bazarında tarazlığa və sabitliyə xidmət edən daha bir qərar qəbul etdik. Azərbaycan "OPEC+"un neft sektorunun inkişafına mənfi təsir göstərən riskləri minimallaşdıran preventiv tədbirlərini hər zaman dəstəkləyir.

Beləliklə, həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilat səviyyəsi razılaşdırıldığı kimi 40,46 mb/gün səviyyəsində müəyyən ediləcək.

Azərbaycanın 2024-cü il ərzində xam neft hasilatını sutkada 551 min barrelə çatdıracağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti