...

Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq

İqtisadiyyat Materials 5 İyun 2023 16:05 (UTC +04:00)
Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir.

Trend xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti