Bakı. Trend:
Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Bunlar bağlandı, onun yerinə qəliz bir sistem yaradıldı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün parlamentin növbədənkənar iclasında deyib.
O qeyd edib ki, indi puldəyişmə qara bazarda fəaliyyət göstərir, metroların yanında, 90-cı illərin qara bazarına qayıtmışıq. “Turistlər gəlir Azərbaycana. İndi bu turistlər şənbə və bazar günü harda dəyişməlidir pulları? Elə olur 7 gün iş günü olmur. İndi camaat pulu harada dəyişməlidir? Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsinə baxılmalıdır”, - deyə o əlavə edib.