...

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 19 İyun 2023 18:24 (UTC +04:00)
Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,5 faiz artaraq 8,6 min nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3575,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3 faiz artıb. Yüklərin 56,7 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4159,4 min tonunu və ya 82,2 faizini tranzit yüklər təşkil edib. 2023-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 170,4 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti