...

Azərbaycanda bank kartları ilə ödənişlərin həcmi artıb

İqtisadiyyat Materials 22 İyun 2023 10:22 (UTC +04:00)
Azərbaycanda bank kartları ilə ödənişlərin həcmi artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda vətəndaşlarda 14 milyona yaxın kart var.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, son 5 il ərzində ölkədə ödəniş kartları vasitsəilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. “Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da son 5 ildə 12 dəfə artım deməkdir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti