...

Azərbaycanın ən böyük qeyri-neft ixracatçılarının adları açıqlanıb

İqtisadiyyat Materials 24 İyun 2023 14:12 (UTC +04:00)
Azərbaycanın ən böyük qeyri-neft ixracatçılarının adları açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixracatçısı “Azərenerji” ASC (313,8 milyon ABŞ dolları) olub.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir.

Daha sonra bu siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (157,2 milyon ABŞ dolları), “Socar Polymer” MMC (126,6 milyon ABŞ dolları), “Azəralüminium” MMC (55,5 milyon ABŞ dolları), “AzerGold” QSC (31,2 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (7,7 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (6,1 milyon ABŞ dolları), “Azərbaycan Dəmir Yolları” QSC (1,1 milyon ABŞ dolları), “Azəripək” MMC, “ASK Tütün” MMC (565,6 min ABŞ dolları) yer alıb.

Hesabatda həmçinin həyata keçirilmiş ixracla bağlı qeyri-dövlət ixracatçı subyektlərin reytinqi təqdim olunub.

Bu reytinqdə ilk onluğa “MKT İstehsalat Kommersiya” MMC (42,5 milyon ABŞ dolları), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı Nümayəndəliyi (31,2 milyon ABŞ dolları) və “Baku Steel Company” QSC (31 milyon ABŞ dolları) başçılıq edir.

Digər yerləri isə “Best Logistik” MMC (26,5 milyon ABŞ dolları), “STP Global Cable” MMC (23,8 milyon ABŞ dolları), Şirinov Elvin Valeh oğlu (22,2 milyon ABŞ dolları), “My Fruit” MMC (16,2 milyon ABŞ dolları), “Lexus-Bakı” MMC (14,9 milyon ABŞ dolları), “P-Aqro” MMC (14,3 milyon ABŞ dolları), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (13,4 milyon ABŞ dolları) bölüşdürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti