...

Azərbaycanın qeyri-neft ixracı 22,1 faiz artıb

İqtisadiyyat Materials 25 İyun 2023 04:33 (UTC +04:00)
Azərbaycanın qeyri-neft ixracı 22,1 faiz artıb

Bakı. Trend:

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla bildirir ki, 5 ay ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub.

Spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, meyvə-tərəvəz ixracı isə 10,4 faiz artıb.

2023-cü ilin yanvar-may ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti