...

Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 30 İyun 2023 17:55 (UTC +04:00)
Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Bakı. Trend:

2023-ci ilin may ayında Türkiyədə Özbəkistan kapitalı ilə 40 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapitalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 9,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 22,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin may ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (33) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 7,4 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin may ayında Türkiyədə Özbəkistan kapitalı ilə 23 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti