...

Naxçıvanda yeni məktəb tikiləcək

İqtisadiyyat Materials 13 İyul 2023 17:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” həm Naxçıvan şəhərinin, həm də muxtar respublikanın bütün rayon və kəndlərinin inkişafına təkan verəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksi istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

Dövlət Proqramının icrası çərçivəsində yaşayış komplekslərinin, sosial yönümlü obyektlərin müasir memarlığın tələblərinə uyğun şəkildə tikintisi davam etdiriləcək.

Naxçıvan Dövlət Xalça Muzeyi üçün yeni binanın, 1000 yerlik yeni məktəb binasının inşasının planlaşdırıldığını, Naxçıvan və Ordubad şəhərlərinin tarixi hissəsinin yenidən qurulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvanda Qızlar bulağı, Əcəmi seyrangahı, Möminə xatun türbəsi, Mərkəzi bazar və Bazarçay gölünün ətrafında da yeni layihə ilə işlər aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti