Bakı. Trend:
Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
aşağədakı kimi müəyyən edilir.
- Taksi minık avtomobilləri ılə sərnişin daşımalarına buraxılış
vəsiqəsinin verilməsi: 125 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25
manat
- Azərbaycan Respublıkası ilə xarıcı olkələr arasında avtomobıl
nəqliyyatı ılə daşımaları yerinə yetirmək üçün operatorlara
beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış
vəsiqəsinin verilməsi: 250 manat
- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75
manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000
manat
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Qeyd edək ki, bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.