Bakı. Trend:
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın bugünkü açıqlamasında qeyd edilir.
Bildirilir ki, iyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınıb.
"İllik inflyasiya iyunda 10.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır.
İllik ərzaq inflyasiyası 11.5%-ə enib", - məlumatda vurğulanır.