...

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

İqtisadiyyat Materials 1 Avqust 2023 03:16 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4514,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, yüklərin 56,2 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5211,8 min tonunu və ya 82,4 faizini tranzit yüklər təşkil edib.

2023-cü il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 237,3 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 10,5 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti