...

ÜDM-də qeyri neft-qaz sahələrinin payı yüksəldi

İqtisadiyyat Materials 21 Avqust 2023 15:22 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Neftin faktiki qiymətinin təsdiq edilmiş göstəricidən çox olması neft sektoru üzrə ÜDM-in illik proqnozunun əhəmiyyətli hissəsinin ilk yarımildə təmin olunması və bu sektordan dövlət büdcəsi gəlirlərinin yüksək icrası ilə nəticələnib.

Trend xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, hesabat dövründə ÜDM 60302,1 mln. manat olub, ÜDM-də qeyri neft-qaz sahələrinin payı 60%-ə yüksəlib. Neftin faktiki qiymətinin büdcə üzrə təsdiq edilmiş qiymətdən çox olması ilin birinci yarısında neft-qaz ÜDM-i üzrə illik proqnozun 71,1%-nin icrası ilə nəticələnib. Bu, dövlət büdcəsinin neft sektoru üzrə vergi gəlirlərinə təsir etmiş, bu gəlirlər 3987,7 mln. manat olmaqla, dövrün proqnozunu 1349,8 mln. manat üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti