...

Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ARTIB

İqtisadiyyat Materials 29 Avqust 2023 13:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə iyun ayında ən çox təbii qazı Azərbaycandan idxal edib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatına görə, iyun ayında Azərbaycandan 743 milyon 680 min kubmetr təbii qaz idxal edilib.

Hesabata əsasən, Azərbaycandan sonra Rusiyadan 707 milyon 520 min, İrandan isə 419 milyon kubmetr qaz idxal olunub.

Məlumata görə, Rusiyadan təbii qaz idxalı 58,1 faiz, İrandan idxal isə 50,9 faiz azalıb, Azərbaycandan təbii qaz idxalı isə təxminən 2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti