...

Əhali banklardan əmanətlərini geri çəkir?

İqtisadiyyat Materials 1 Sentyabr 2023 16:08 (UTC +04:00)
Əhali banklardan əmanətlərini geri çəkir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bankların əsas maliyyə qaynaqlarından biri olan əmanətlərin azalması prosesi başlayıb. Əhalinin banklardakı əmanətlərini çəkdiyi barədə xəbərlər dolaşır. Əslində, vəziyyət necədir?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda 2006-cı ildən indiyədək bankların əhalidən cəlb etdiyi depozit portfelinin statistikasına baxanda, ən yüksək rəqəmlər müşahidə olunur.

"İyun ayının göstəricilərinə görə, əhalinin banklardakı depozitlərinin cəmi 12 milyarddan çox olub. Bu, Azərbaycan tarixində rekord göstəricidir. Bu il ümumi vəziyyətə baxsaq, fevral və avqust aylarında bir qədər azalmanı müşahidə etmək olar. Ümumi baxsaq, bu ilin yeddi ayı ərzində depozitlərdə 962 milyon manat artım var".

Ekspertin sözlərinə görə, bu, çox böyük dinamikadır.

"Baxmayaraq ki,ölkəmizdə depozitlərdən gələn gəlirin vergiyə cəlb edilməsi baş verdi. Lakin əhali buna baxmayaraq, depozitlərini banklara yatırmağa davam etdilər. Hansısa ayın nəticəsini götürüb ümumi olaraq depozitlərin azaldığını söyləmək yanlışdır. Ümumi götürsək, depozit yatırımlarında artım var. Artım səbəbi də odur ki, bank sektorunda dövlət bu depozitlərə zəmanət verir. Baxmayaraq ki, inflyasiya depozit gəlirliliyindən çoxdur", - deyə o qeyd edib.

Qeyd edək ki, 31 iyul 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 44 milyard 880.3 milyon manat, cəmi öhdəlikləri 39 milyard 41.2 milyon manat, balans kapitalı 5 milyard 839.1 milyon manat olub.

İyul ayında bankların kredit portfeli 0.4% və ya 75.8 milyon manat artaraq, 21 milyard 372 milyon manat təşkil edib.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.4% (11 milyard 622.7 milyon manat);

ıı) istehlak kreditləri – 29.8% (6 milyard 376 milyon manat)

ııı) ipoteka kreditləri – 15.8% (3 milyard 373.3 milyon manat).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti