...

AYİB-in birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

İqtisadiyyat Materials 4 Sentyabr 2023 10:33 (UTC +04:00)
AYİB-in birinci vitse-prezidenti Azərbaycana səfər edəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, müştəri xidməti qrupunun rəhbəri Yurgen Riqterink Azərbaycana səfər edəcək.

AYİB-dən Trend-ə verilən məlumata görə, AYİB vitse-prezidentinin Qafqaza səfəri Ermənistanda başlayacaq, Gürcüstanda davam edəcək və Azərbaycanda başa çatacaq.

Riqterink səfəri çərçivəsində hər bir ölkədə hökumət məmurları, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək.

O, Azərbaycanda texniki və peşə təhsili və kadrların yenidən hazırlanması sahəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Avrora Group" tərəfindən təşkil olunmuş və qida sənayesi sahəsində kadr potensialının möhkəmlənməsinə yönəlmiş dövlət-özəl tərəfdaşlığının başladılmasında iştirak edəcək.

"Qafqaz bank üçün vacib regiondur və biz investisiyalarımız, konsultasiya xidmətlərimiz və siyasətdə iştirakımız vasitəsilə regionun dayanıqlı inkişafına daimi dəstək göstərmək niyyətindəyik", - Riqterink səfər öncəsi deyib.

Qeyd edək ki, AYİB bütünlükdə Qafqazda həm özəl, həm də dövlət sektoru üzrə 680 layihəyə 10 milyard avro investisiya qoyub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti