...

Qiymətlər "əl yandırır" - Məktəbli çantasını neçəyə doldurmaq olar?

İqtisadiyyat Materials 11 Sentyabr 2023 14:29 (UTC +04:00)
Qiymətlər "əl yandırır" - Məktəbli çantasını neçəyə doldurmaq olar?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə dərslərin başlamasına sayılı günlər qalıb. Valideynlər övladları üçün almaq istədikləri məktəb ləvazimatlarının qiymətlərinin bahalaşmasından şikayət edirlər.

Trend-in əməkdaşı iki həftə öncə məktəb ləvazimatları satan mağazalara baş çəkərək, qiymətlərlə tanış olmuşdu.

Keçən zaman ərzində bəzi malların qiyməti sabit qalsa da, bəzilərinin qiymətində artım müşahidə olunur.

Satıcılar da təsiqləyib ki, ötən illə müqayisədə, bu il ləvazimatların qiymətində artım var. Rusiya-Ukrayna müharibəsi də qiymət artımına çox təsir edib. Hazırda mağazalara mallar Rusiya, Türkiyə və Çindən gətirilir. Əsasən, Rusiya məhsullarının qiymətləri daha çox qalxıb.

Qiymət artımının əsas səbələrindən biri də daşınma xərclərinin artmasıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə də, ötən illə müqayisədə, məktəb ləvazimatlarının qiymətləri 9.8 faiz artıb. Qiymət artımının əsas səbəbi kimi xaricdən gətirilən məhsulların bahalaşması göstərilir.

Bir sözlə məktəbli çantasını doldurmaq 100-300 manat arası dəyişir.

Beləliklə, əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

Çanta: 18-80 manat

Dəftər: 50 qəpik - 2,50 manat

Sadə karandaşlar: 20 qəpik -1,80 manat

Rəsm albomları: 1-5 manat

Dəftər-kitab üzlükləri: 20-50 qəpik

Sadə qələmlər: 20 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 2-8 manat

Pozan: 40-50 qəpik

Qələmyonan: 20 qəpik - 1 manat 50 qəpik

Xətkeş: 40 qəpik - 2,50 manat

Plastilin: 1- 4,50 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 - 4 manat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti