...

Banklar istehlak kreditlərinə olan tələbin artacağını gözləyir

İqtisadiyyat Materials 11 Sentyabr 2023 16:20 (UTC +04:00)
Banklar istehlak kreditlərinə olan tələbin artacağını gözləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 % artacağını gözləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Bildirilir ki, istehlak kreditlərin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 %, kartlarla kreditə olan tələbin 17 %, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 %, məişət kreditlərinə tələbin isə 8 % artacağı proqnozlaşdırılır.

Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 % artıb.

Həmçinin avto kreditlərə olan tələb 4 %, kartlarla kreditə olan tələb 8 %, əməkhaqqı ilə kreditlərə tələb 8 %, məişət kreditlərinə tələb isə 10 % artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti