...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla bağlı proqnozlarını yenilədi

İqtisadiyyat Materials 27 Sentyabr 2023 10:16 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla bağlı proqnozlarını yenilədi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1,5 % artacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bu barədə EBRD-nin “Regional İqtisadi Perspektivlər” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Bankın may ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi azdır.

EBRD gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,5 % olacağını gözləyir ki, bu da may ayındakı proqnoza nisbətən 0,2 faiz bəndi azdır.

Bank Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,9 % (proqnoz dəyişməyib), gələn il isə 3,1 % (0,2 faiz bəndi az) böyüyəcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti