Bakı. Trend:
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, sazişin adında "Azərbaycan-Özbəkistan Investisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond)" sözləri ilə əvəz edilir.
Qeyd edək ki, saziş Azərbaycan Respublikasının Şuşa şəhərində 2023-cü il 18 iyul tarixində Azərbaycan, özbək və rus dillərində olmaqla, iki nüsxədə imzalanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.