...

Azərbaycanda ən çox satılan alkoqolsuz içkilər hansılardır? – “Veysəloğlu Distribusiya”dan açıqlama (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 2 Oktyabr 2023 14:40 (UTC +04:00)
Azərbaycanda ən çox satılan alkoqolsuz içkilər hansılardır? – “Veysəloğlu Distribusiya”dan açıqlama (MÜSAHİBƏ)

Bakı. Trend:

“Veysəloğlu Distribusiya” şirkətinin İçkilər üzrə şöbə müdiri Zəka Qazi şirkətin satışını həyata keçirdiyi alkoqollu və alkoqolsuz içki məhsulları barədə ətraflı məlumat verib.

- “Veysəloğlu Distribusiya” şirkəti barəsində məlumat verərdiniz.

Şirkətimiz 1994-cü ildən bu günə qədər Azərbaycanın ən böyük distributorlarından biridir. Ölkəmizin bütün bölgələrində “Veysəloğlu Distribusiya” şirkətinin məhsulları sərgilənir. Bizim amalımız odur ki, distribusiya etdiyimiz malların hamısı ölkəmizin istənilən nöqtəsində mümkün münasib qiymətə müştərilərə əlçatan olsun. Şirkət olaraq dörd kateqoriyada məhsul distribusiya edirik. Bu kateqoriyalara şirniyyat və heyvan yemləri, təmizlik və şəxsi gigiyena, qastronom və dondurulmuş məhsullar və içkilər (alkoqollu və alkoqolsuz) aiddir. Şirkətimizdə 2000-dən artıq əməkdaş çalışır. “Veysəloğlu Distribusiya” şirkəti Veysəloğlu Şirkətlər Qrupunun tərkibində olan ən böyük şirkətlərdən biridir.

- “Veysəloğlu Distribusiya” hansı ölkələr ilə əməkdaşlıq edir?

Biz Türkiyə, Rusiya, Mərkəzi Asiya və Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik.

- Şirkətinizin içki kateqoriyasından olan məhsullarının aktiv surətdə irəlilədilməsi sahəsində Azərbaycandakı fəaliyyəti haqqında danışardınız. Ümumiyyətlə, içki kateqoriyasına hası növ içkilər daxildir?

Distribusiya etdiyimiz içki məhsullarına meyvə şirələri, kompotlar, limonadlar, qazlı və qazsız sular, mədən suları, soyuq çaylar, enerji içkiləri, araq, konyak, viski, şərab kimi alkoqollu içkilər daxildir. Şirkətimiz nəinki içki kateqoriyasında, eyni zamanda, digər kateqoriyaların hər birində ölkəmiz üçün əlverişli olan bütün dünya brendlərinin Azərbaycanda sərgilənməsini qarşısına hədəf olaraq qoymuşdur. Bizimlə çalışmaq istəyən və bizim də əməkdaşlıqda maraqlı olduğumuz istehsalçı-partnyorlarla daimi olaraq əlaqədəyik. Bu istiqamətdə istehlakçı ehtiyacını qarşılayacaq hər bir çeşid bizim üçün lazımlı və gərəklidir. Biz istəyirik ki, ölkəmizdə insanların ehtiyacı olan məhsulları hər nöqtədə əlçatan edək.

- Şirkət hal-hazırda içki istehsal edən hansı brendlər ilə əməkdaşlıq edir?

Azərbaycanda ən məşhur içki markalarının distribusiyası ilə məşğuluq. Bunları alkoqollu və alkoqolsuz içki kateqoriyalarına ayırmaq olar.

Ölkəmizin ilk mineral süfrə suyu olan “Badamlı”nın distribusiyası ilə məşğuluq. Hazırda “Badamlı”nın 21 çeşid məhsulunu market rəflərində, kafelərdə, restoranlarda təqdim edirik.

Şirkətimiz Qafqazın və Azərbaycanın ən böyük zavodlarından olan “AzGranata” ilə əməkdaşlıq edir. Şirkətin meyvə şirələri, limonad çeşidləri, şərab, viski, araq, konyak kimi məhsullarını distribusiya edirik. “AzGranata”nın meyvə şirələri içərisində Azərbaycanın istənilən nöqtəsində mağaza rəflərində gördüyümüz “Vitamin” şirələri ən populyar markalardan biridir. Bundan əlavə, “Frumba”“Bahar” şirələrini də qeyd etmək olar. “Vivi” kompotları da istehlakçıların sevdiyi məhsullardan biridir.

Distribusiya etdiyimiz içki məhsulları sırasında dünya brendi olan enerji içkisi “Red Bull” da var.

Gürcüstanın ən məşhur istehsalçılarından olan “Zedazeni” zavodu ilə əməkdaşlıq edirik. “Zedazeni” limonadları ölkəmizdə çox sevilən içki məhsullarından biridir.

Bundan başqa, meyvə şirələri kateqoriyasında yenilik edərək “Chero” meyvə şirələrinin distribusiyasına başlamışıq.

Dünyanın 100-dən çox ölkəsində məşhur olan soyuq çay məhsulu “Dilmah”ın çeşidlərininin satışını həyata keçiririk.

Gürcüstanın mineral su markası olan “Nabeghlavi” məhsullarını Azərbaycanda təmsil edirik. “Nabeghlavi” markası Gürcüstanın “Healthy Water” şirkətlər qrupuna daxil olan “Nabeghlavi” zavoduna məxsusdur. “Healthy Water” şirkətlər qrupuna aid olan “Rauch” fabrikinin isə “Yippy”“Bravo” meyvə sularını və şirələrini plastik qablaşmada distribusiya edirik.

Türkiyənin ən böyük mədən suyu olan “Sarıkız” markasının da ölkəmizdəki nümayəndəsi bizik. Bu məhsul qrupu üzrə bazar liderliyimizi illərdir qoruyub saxlayırıq.

- Azərbaycanda hansı məhsullar daha çox populyardır?

Hər seqment üçün içki bazarı tamam fərqlidir. Bunu istənilən yaş nəslinə görə fərqləndirmək olar. Belə ki, gənc nəsil arasında qazlı, qazsız və rəngli içkilər (həm alkoqollu, həm də alkoqolsuz) məşhurdur. Alkoqollu içkilərdən isə araqlara və şərablara daha çox üstünlük verilir.

- Gələcəkdə çeşidin və tərəfdaş şirkətlərin sayının genişləndirilməsi ilə bağlı hansı planlarınız var?

Bu barədə planlarımız çox böyükdür. Hazırda fabriklərlə iş birliyinə daha çox üstünlük veririk. Onların bazar tələbatına uyğun məhsullarının mövcudluğunu araşdırırıq. Əvvəlki dövrlərdən fərqli olaraq, bazarın tələbi dəyişib. İstehsalçılar bazar tələbini öyrəndikdən sonra məhsul istehsal edərək bazara çıxırlar. Gələcək planlarımıza alkoqollu içkilər üzrə yüksək tələbat görən dünya brendləri ilə bir neçə kateqoriyada əməkdaşlıq etmək daxildir.

- Yaxın zamanlarda mağazaların rəflərində hansı yeni brendlərin məhsullarını görə biləcəyik?

Yaxın zamanda “Rauch” fabrikinin yeni Tetra Pak qablaşmasında olan şirələrini Azərbaycana gətirəcəyik. Artıq müqavilə bağlanıb və bu həftədən etibarən sözügedən fabrikin “Bravo”“Happy day” adlı meyvə şirələrini Tetra Pak qablaşmalarında müştərilərimizə təqdim edəcəyik.

- Bəs “Veysəloğlu” şirkətinin özünə məxsus olan içki məhsulları varmı?

Şirkətimizin Şəxsi Markaları mövcuddur. Bu markalardan danışarkən uşaqların sevimlisi olan “Sehri” meyvə şirələrini qeyd etmək lazımdır. “Sehri” şirələri Balakən rayonunda istehsal olunur. Əsas məqsədimiz gələcəyimiz olan uşaqlar üçün zərəri olmayan, təbii meyvələrdən və qarışıqlardan ibarət şirələr təqdim etməkdir. Düşünürəm ki, bu istəyimizə artıq nail olmuşuq. İstehlakçılar istənilən marketdən “Sehri” şirələrini əldə edə bilərlər.

- Şəxsi Markaların olması şirkətə hansı üstünlüklər qazandırır?

Hazırda mövcud olan geopolitik vəziyyət təbii ki, dünya bazarlarına birbaşa təsir edən faktorlardandır. Şəxsi Markanın mövcud olması ilk növbədə şirkətin digər partnyor şirkətlərdən asılılığını azaldan məqamlardan biridir. Məsələn, regionda mövcud olan geopolitik vəziyyətlə əlaqədar olaraq, əgər biz hər hansı konfliktdən keçən ölkədən içki məhsulları idxal edirdiksə, bu vəziyyət bizim biznesə ciddi təsir göstərmədi. Çünki eyni kateqoriya üzrə daha öncədən bazara təqdim etdiyimiz və istehlakçılar tərəfindən sevilən Şəxsi Markalarımız mövcud idi.

- Azərbaycanda alkoqolsuz içkilər arasında satışına görə hansı məhsullar liderlik edir?

İlk növbədə qazlı və qazsız süfrə suları üstünlük təşkil edir. Bundan sonra isə meyvə şirələrini qeyd etmək olar. Dünyada meyvə şirələrinin alıcılığı aşağı olsa da, Azərbaycanda bu göstəricilər yüksəkdir. Satış nəticələrinə görə meyvə şirələrindən sonrakı yerləri limonadlar və kompotlar tutur.

Daha bir vacib məqamı da qeyd edim ki, biz şirkət olaraq həm Şəxsi Markalarımızın, həm də distribusiya etdiyimiz yerli və beynəlxalq brendlərin Azərbaycan qanunvericiliyinə əsasən qida təhlükəsizliyi qaydalarına uyğun olmasına xüsusi diqqət yetiririk. Tələb olunan bütün sertifikatlar və sənədlər ciddi şəkildə yoxlanılır, yalnız bundan sonra həmin məhsul istehlakçılara təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti