...

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə dəmir yolunun rəqəmsallaşdırmasını müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 6 Oktyabr 2023 10:12 (UTC +04:00)
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə dəmir yolunun rəqəmsallaşdırmasını müzakirə edib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “Hökumət buludu”, metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

Nazir Azərbaycanda səfərdə olan EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

"Görüşdə EBRD-nin krediti əsasında “Aztelekom” MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq", - R.Nəbiyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti