Bakı. Trend:
PAŞA Sığorta bu dəfə Hyundai sahiblərinə özəl olaraq Tam KASKO
sığortasına endirim kampaniyası elan edir.
12.10.23 tarixinədək “Hyundai həftəsi” kampaniyası çərçivəsində
“Hyundai” markalı avtomobilini TAM Kasko məhsulu ilə sığortalamaq
istəyənlər sığorta haqqı 500 AZN və daha yüksək olduqda 20% xüsusi
endirim imkanı qazanacaq.
Kampaniya istehsal ili 2010-cu il və daha yuxarı olan avtomobillərə
şamil edilir.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı
məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta
məsləhətləri xətti ilə əlaqə saxlaya və ya cutt.ly/MwnEV545
keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı,
avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar
dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini,
şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin
şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta
şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/)
və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət
edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta
şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun
üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin
həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən
böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings”
beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin
uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini
"BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin
həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən
böyük sığorta şirkətlərindəndir.