...

Manatı bahalaşdıra biləcək təzyiq güclənib, Mərkəzi Bank bazara müdaxilə edib - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Materials 10 Oktyabr 2023 17:45 (UTC +04:00)
Manatı bahalaşdıra biləcək təzyiq güclənib, Mərkəzi Bank bazara müdaxilə edib - RƏSMİ AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanın valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

AMB sədrinin sözlərinə görə, valyuta bazarında tələb aşağıdır:

"Lakin kifayət qədər valyuta təklifi var. Sentyabr ayında bazarda xarici valyutanın (dolların -red) təklifi tələbi kifayət qədər çox üstələyib. Mərkəzi Bank Manata bahalaşma istiqamətində təzyiqi azaltmaq üçün bazara müdaxilə edib.

2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək, bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları yalnız sentyabr ayında olub.

Əhalinin Azərbaycan manatına inamı daha da artır. Enerji qiymətləri yüksək olduğundan bizim valyuta gəlirlərimiz artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti