...

Qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları ARTIB

İqtisadiyyat Materials 14 Oktyabr 2023 09:35 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 130,8 milyon manat təşkil edib ki, bu da proqnozdan 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,2 % çoxdur.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 59,5 % təşkil edib.

Sektor üzrə daxilolmaların 56,5 %-i və yaxud 7 milyard 414,6 milyon manatı vergi daxilolmaları, 35,8 %-i və yaxud 4 milyard 706,6 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,4 %-i və yaxud 582,2 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 %-i və yaxud 24,4 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,1 %-i və yaxud 403 milyon manatı isə sair gəlirlər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti