...

Azərbaycan və ITFC ticarətin maliyyələşdirilməsi mexanizminin yaradılması imkanını müzakirə edir - icraçı direktor (ÖZƏL)

İqtisadiyyat Materials 17 Oktyabr 2023 19:30 (UTC +04:00)
Azərbaycan və ITFC ticarətin maliyyələşdirilməsi mexanizminin yaradılması imkanını müzakirə edir - icraçı direktor (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) ticarətin maliyyələşdirilməsi mexanizminin yaradılması imkanını müzakirə edir.

Bu barədə Trend-ə özəl müsahibəsində ITFC-in baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol deyib.

"Şübhəsiz, Azərbaycanla əməkdaşlığa sadiqik və 2023-cü ilin sonunadək maliyyə dəstəyi üzrə konkret planlarımız var. "Rabitəbank" ilə 10 milyon ABŞ dolları dəyərində kredit sazişinin imzalanması bu planın bir hissəsidir. "Rabitəbank" ilə bu əməkdaşlıq Azərbaycanda ticari maliyyələşdirmə üzrə daimi səylərimizdə konkret addımdır.

ITFC, həmçinin, Azərbaycanda yerləşən bir sıra digər banklarla da əlavə maliyyələşdirmə imkanlarını aktiv şəkildə öyrənir. Bu müzakirələr əsas diqqəti kiçik və orta biznesin (KOB) dəstəyinə yönəltməklə, özəl sektorun müştərilərinin müxtəlif ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulacaq ticarətin maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasına yönəlib", - deyə o aydınlıq gətirib.

Hani Salem Sonbol ticarətin maliyyələşdirilməsi üzrə bu mexanizmlərin ticarətə dəstəyə, iqtisadi artımın stimullaşdırılmasına və Azərbaycanda maliyyə inklüzivliyinin təşviqinə mühüm təsir göstərə biləcəyini qeyd edib.

"Bunlar müəssisələrə dünya bazarında tərəqqi üçün lazımi çevikliyi verməklə həm maliyyələşdirilən, həm də maliyyələşdirilməyən ticari həllər təklif edəcək. 2023-cü ildə və sonrakı dövrdə Azərbaycana maliyyə dəstəyimiz istənilən iqtisadiyyatın həyati güc mənbəyi olan özəl sektorun, xüsusilə KOB-un hüquq və imkanlarının genişləndirilməsinə yönələcək. Bu müəssisələrin innovasiyaların stimullaşdırılmasında, iş yerlərinin açılmasında və iqtisadi dayanıqlılığın artırılmasında oynadığı həyati əhəmiyyətli rolu qəbul edirik. Onlara lazımi maliyyə vasitələri və resursları təqdim etməklə inkişaflarını stimullaşdırmağa və Azərbaycanın dayanıqlı inkişafına töhfə verməyə çalışırıq", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti