...

Qırğızıstan 2024-cü ildə TDT rəqəmsal biznes forumunu keçirməyi təklif edib

İqtisadiyyat Materials 3 Noyabr 2023 10:51 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Qırğızıstan 2024-cü ildə TDT rəqəmsal biznes forumunu keçirməyi təklif edir.

Trend cümə günü xəbər verir ki, bunu Qırğızıstanın Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

"Aktual əməkdaşlıq istiqaməti rəqəmsal transformasiya çərçivəsində qarşılıqlı fəaliyyətdən ibarətdir. Ölkəmizdə Yüksək Texnologiyalar Parkı fəaliyyət göstərir. Həmçinin, 99 fəaliyyət növünü əhatə edən Yaradıcı Sənayelər Parkı yaradılıb", - deyən Sadır Japarov 2024-cü ildə Qırğızıstanda TDT rəqəmsal biznes forumunu keçirməyi təklif edib.

Japarov, həmçinin, Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının maliyyə bazarının biznesin tələblərinin qarşılanması və işgüzar planların icrsı üçün zəruri olan müxtəlif vasitələrinin saxlanılması və əlçatanlığının genişləndirilməsinin vacib olduğu struktur dəyişikliklər şəraitində xüsusən aktual olduğunu vurğulayıb.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti