...

Uşaq baxçalarına ayrılan vəsaitə yenidən baxılması təklif edilir

İqtisadiyyat Materials 3 Noyabr 2023 11:50 (UTC +04:00)
Uşaq baxçalarına ayrılan vəsaitə yenidən baxılması təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il məktəbəqədər təhsil üçün 90 milyon manat artım nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O qeyd edib ki, bağçaların ərzaq təminatında 20 milyon manat azalma görünür. “Buna media tərəfindən də aydınlıq gətirilməsi istənilir. Onsuz da ölkədə 1825 uşaq bağçası mövcuddur. Hər 4 uşaqdan da birinin bağça ilə təminatı var. Ona görə də gələcəyimiz olan körpələrin bu məsələsinə diqqət göstərilsə yaxşı olar", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti