...

Azərbaycanda gömrük biznesi subyektlərinin əməkdaşlığının inkişafı üçün yeni vasitələrin işə salınması istiqamətində işlər görülür - Şahin Bağırov

İqtisadiyyat Materials 20 Noyabr 2023 13:07 (UTC +04:00)
Azərbaycanda gömrük biznesi subyektlərinin əməkdaşlığının inkişafı üçün yeni vasitələrin işə salınması istiqamətində işlər görülür - Şahin Bağırov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda gömrük biznesi subyektlərinin əməkdaşlığının inkişafı üçün yeni vasitələrin işə salınması istiqamətində müvafiq işlər görülür.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.

Onun sözlərinə görə, rəqəmsal gömrük sisteminin yaradılması DGK-nin strateji hədəflərindən biridir.

"Hazırda qarşımızda duran əsas məsələ gömrük xidmətinin dövlət başçısının tapşırığına əsasən çevik, peşəkar və müasir dövlət xidmətinə çevrilməsindən ibarətdir. Strateji tədbirlər qismində gömrük orqanlarının fəaliyyətinin şəffaflığının artırılması və vətəndaşların sahibkarlıq subyektlərindən məmnunluğunun artması, rəqəmsal gömrük sisteminin yaradılması, eləcə də, gömrük ödənişlərinin sabitliyinin təmin olunması, daha güclü və müasir tədbirlərin tətbiqi müəyyən edilib.

Xüsusən qeyd etmək istəyirəm ki, artıq xarici siyasətdə və biznesin idarə olunmasında mühüm rol oynayan bir neçə vasitəni işə salmışıq. Vahid elektron bildiriş əsasında gömrük biznesi subyektləri arasında münasibətlərin inkişafı kimi mühüm vasitələrdən artıq istifadə olunur. Eyni zamanda, yeni vasitələr üzərində müvafiq işlər aparılır", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Gömrük-Biznes Forumu 2023" başlayıb.

Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İnkişaf Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti