Bakı. Trend:
İƏT ölkələri müxtəlif çağırış və problemlərlə üz-üzədir.
Trend xəbər verir ki, bu barədə İƏT baş katib müavini Ahmed Sengando əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə birgə mətbuat konfransı zamanı deyib.
“Üzv ölkələr arasında işsizlik həqiqətən yüksəkdir. Biz çox işlər görməliyik. Koronavirus pandemiyası məşğulluq sahəsinə çətinliklər gətirdi. Bərpa etsək də problemlər mövcuddur. Bir araya gələrək bunun öhtəsindən gələ bilərik.
Əmək sahəsində xüsusi ixtisaslaşmış sahəmiz yox idi. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə əmək mərkəzi yaradıldı. Bu İƏT ailəsinə məşğulluq və əmək sahəsində köməklik edəcək. Bu ideayaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”,- deyə o əlavə edib.