...

Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdü

İqtisadiyyat Materials 23 Noyabr 2023 17:51 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikası, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüslər müzakirə olunub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlər Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüsləri vurğulayıb, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd ediblər.

Tərəflər “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinin ölkələrimiz arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətini bir daha vurğulayıb, bundan başqa enerji sahəsində əməkdaşlığın perspektivləri, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, “yaşıl” enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti