...

SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2023 18:05 (UTC +04:00)
SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

6 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Qiao Xubin ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycanın “yaşıl enerji” potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr, quruda və dənizdə külək enerjisi ilə bağlı potensial imkanlar, həmçinin SOCAR-ın korporativ strategiyası, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya sahələrində görülən işlər barədə məlumat verilib.

Görüşdə çərçivəsində, həmçinin Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olan “China Energy International Group Co. Ltd" şirkətinin dünyanın müxtəlif ölkələrində yaşıl enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi qeyd olunub.

Tərəflər cari ilin iyun ayında SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında imzalanan Əməkdaşlığa dair Sazişin əhəmiyyətindən bəhs edib, görüləcək işlər və gələcək hədəfləri nəzərdən keçirib, yaşıl hidrogen daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı, təcrübə mübadiləsinin təşkili, texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti