Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.
Bu hərraca çıxarılan əmlaklara 75 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda “Şkoda Superb” markalı avtomobilin
start qiyməti 4 250 manat olsa da, son təklif 8 500 manata
yüksəlib. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı
nəqliyyat vasitəsi 7 850 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə
https://clck.ru/37CEJ6 linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və
ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan
dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında
(e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin
hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu
əldə etmək olar.