...

Bakının Baş planın reallaşmasına tələ olunan vəsait AÇIQLANDI

İqtisadiyyat Materials 8 Yanvar 2024 18:03 (UTC +04:00)
Bakının Baş planın reallaşmasına tələ olunan vəsait AÇIQLANDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Baş planının icrasına xərclənəcək vəsait açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında məlumat verilib.

Bildirilib ki, 2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur.

Qeyd olunub ki, Baş plan çərçivəsində əsaslı kapital qoyuluşu tələb edən dörd əsas icra istiqamətindən üçü dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirləri ehtiva edir. Buraya mühəndis-kommunikasiya təminatı infrastrukturunun və nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi, ətraf mühitin sağlamlaşdırılması kimi tədbirlər aiddir.

Bu tədbirlərin əksər hissəsi dövlət və ya bələdiyyə tərəfindən maliyyələşdirilməlidir. Mühəndis-kommunikasiya təminatı infrastrukturun yaxşılaşdırılması proqramı çərçivəsində bərpa olunan enerji təsərrüfatlarının tikintisi qismən özəl şirkətlərə həvalə edilə bilər. Lakin bu sahə gəlirlərin paylanılması baxımından dövlət nəzarəti altında qalmalıdır.

Əsaslı kapital qoyuluşunun sahələr üzrə bölgüsündə bərpa olunan enerji sahəsinin inkişafı üçün qoyulacaq sərmaye 50/50 nisbətində götürülüb. Şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti