...

Ötən il sürətli poçt xidməti üzrə 164 lisenziya verilib

İqtisadiyyat Materials 9 Aprel 2024 12:40 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il sürətli poçt xidməti üzrə 164 lisenziya verilib.

Trend xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair illik hesabatında qeyd olunub.

Hesabat əsasən, Azərbaycanda poçt rabitəsi xidmətinə olan marağın artmasını il ərzində açılan yeni poçt obyektlərinin sayında da müşahidə etmək mümkündür.

"Belə ki, 2023-cü ildə sürətli poçt xidməti üzrə 164 ədəd lisenziya (lisenziya əlavəsi) verilmişdir. Bununla da, ümumilikdə qeyd olunan xidmət üzrə verilən lisenziyaların saylı 413-ə çatıb. Agentlik lisenziya (lisenziya əlavəsi) üçün edilmiş müraciətlər əsasında 40-dan çox obyektə baxış keçirmiş və müvafiq rəy verib. Şəffaflığın təmin olunması və lisenziyalar barədə məlumatların əlçatanlığını təmin etmək məqsədi ilə sürətli poçt xidməti üzrə verilmiş bütün lisenziyaların (sürətli poçt xidməti üzrə) siyahısı İKTA-nın vebsaytında dərc olunub. Həm vətəndaşlar, həm də poçt rabitəsi operatorları bu barədə mediada paylaşılan xəbərlərlə məlumatlandırılıb", - deyə hesabatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti