Bakı. Trend:
Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə
tamamlayıb. Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı
keçib. Bankın digər əsas maliyyə göstəriciləri üzrə də sabit artım
dinamikası müşahidə olunur.
Ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 163
mln manat, yəni 25% artımla 802.5 mln manat olub. Bankın
missiyasına uyğun olaraq portfelin mühüm qismini mikro, kiçik və
orta bizneslərə ayrılmış vəsaitlər təşkil edir. Rüb ərzində
5500-dən çox müştəriyə verilmiş biznes kreditləri nəticəsində bu
istiqamət üzrə portfel yarım mlrd manatı keçib. Qeyd edək ki,
biznes kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 21%, yəni
92 mln manat artıb.
Biznesdə olduğu kimi istehlak kredit portfelində də müsbət artım
tendensiyası davam edir. Hesabat dövründə 7 min müştəriyə 63
mln-dan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə
portfel ötən ilin eyni rübü ilə müqayisədə 33%-dən çox artaraq 290
mln manatı keçib. Bu satışların 39%-i, eləcə də portfel artımın
46%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Birinci rübün sonuna əmanət portfeli 837 mln manat təşkil edir.
Portfel artımının mühüm hissəsi (177 mln manatdan çox) fiziki
şəxslərin hesabına baş verib, bu da Banka olan inam və etibar
göstəricisidir.
Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. 2023-cü ilin analoji
dövrü ilə müqayisədə faiz gəlirləri 14 mln-dan çox, yəni 59%
artımla 39 mln-u, qeyri-faiz gəlirləri isə artaraq 16 mln manatı
ötüb.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 118 mln manatı ötüb. Bu da
requlyativ tələbdən 68 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq
əmsalı 12.29%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə
8.31 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı
üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi 1 mlrd 130.8 mln
təşkil edir.
Bank xidmətləri haqqında əlavə
sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!