...

BVF zənginlik vergisini zənginlikdən əldə olunan gəlir vergisi ilə əvəz etməyi təklif edir

İqtisadiyyat Materials 17 Aprel 2024 21:00 (UTC +04:00)
BVF zənginlik vergisini zənginlikdən əldə olunan gəlir vergisi ilə əvəz etməyi təklif edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Zənginlikdən gələn gəlir vergisi bir qayda olaraq, zənginlik vergisi ilə müqayisədə, vəziyyəti daha az təhrif edir və daha ədalətlidir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Büdcə məsələləri üzrə şöbəsinin direktoru Vitor Qaspar BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində maliyyə monitorinqi (Fiscal Monitor) üzrə brifinqdə deyib.

"Vergi yükünün ədalətli bölgüsü ilə bağlı ciddi narahatlıq var və vergi yükünün bölüşdürülməsində zənginlik və gəlirlərin prioritet təşkil etdiyi vəziyyət xüsusi narahatlıq doğurur. Bu kontekstdə çox vaxt hədsiz zənginlərə yönəlmiş vergiqoymaya və zənginliyə vergiqoymaya çağırışlar eşitmək olar. BVF olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, zənglinlikdən əldə olunan gəlirlərə vergiqoyma bir qayda olaraq zənginliyə vergiqoymadan daha ədalətlidir", - o deyib.

Qaspar, misal üçün, vergi ödənişlərindən yayınmanı çətinləşdirmək üçün məlumat mübadiləsi üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Bizim fikrimizcə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (İƏİT) korprasiyanın gəlirlərinə inklüziv vergiqoyma sistemi ilə bağlı əldə olunan razılaşma kimi beynəlxalq razılaşmalar çox mühüm aktivdir. Hesab edirik ki, ölkələr və vergi administrasiyaları vergi sisteminin adaptasiyası və vergi qanunvericiliyinin gücləndirilməsi üçün texnologiyalar tətbiq etməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti