...

5 il ərzində 5G istifadəçilərinin sayı 1,5 milyardı keçib - Aleks Xu

İqtisadiyyat Materials 15 May 2024 11:16 (UTC +04:00)
5 il ərzində 5G istifadəçilərinin sayı 1,5 milyardı keçib - Aleks Xu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal rəqəmsal intelektual iqtisadiyyatın 2030-cu ilə qədər ümumi iqtisadiyyatın 37,9 faizini təşkil edəcəyini təxmin edirik.

Trend xəbər verir ki, bu barədə Huawei Yaxın Şərq və Mərkəzi Asiya Regionu Carrier Business Group-un prezidenti Aleks Xu “GSMA M360 Eurasia 2024” konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, rəqəmsal iqtisadiyyatı inkişaf etdirməyin yolu süni intellekt kimi texnologiyalardan istifadə etməkdir.

“Cəmi 5 il ərzində 5G istifadəçilərinin sayı 1,5 milyardı keçib. Bu da əvvəlki 4G-nin yayılma sürətindən daha çoxdur. Süni intellekt bulud texnologiyalarının inkişafına əhəmiyyətli töhfə verir. 5G hazırda genişləndirilir və qarşıdakı illərdə daha geniş sahələri əhatə edərək keyfiyyəti artacaq. Bulud texnologiyasına gəldikdə, buna keçidi mümkün qədər sürətlə etmək lazımdır.

Bizim strategiyalarımız texnologiya sahəsinə investisiyanı artırmaqla əlaqələridir. 5G-nin gələcəyi investisiyadan asılıdır. 2025-ci ilə qədər müəssisələrin 86 faizinin süni intellektə keçəcəyi təxmin edilir. Bir çox məsələlərdə süni intellektin istifadəsi olduqca vacibdir. 2030-cü ilin rəqəmsal dövr olduğunu düşünürük və gələcəyi texnologiya ilə quracağıq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Xəbər lenti

Xəbər lenti