...

Ölkədə ipoteka kreditlərinin neçə faizi Bakının payına düşüb?

İqtisadiyyat Materials 8 İyun 2024 17:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il yanvarın 1-nə Azərbaycanda ipoteka kreditləşməsinin regionlar üzrə təsnifatı açıqlanıb.

Trend İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) istinadən xəbər verir ki, hesabat dövrünə ölkədə tələbdən artıq girov qoymanı istisna etmədən ipoteka kreditlərinin ümumi həcmi illik müqayisədə 11,4 % artaraq 3 milyard 301,229 milyon manata çatıb.

İpoteka kreditlərinin 90,6 %-i və ya 2 milyard 989,381 milyon manatlıq hissəsi Bakının payına düşüb ki, bu da, illik müqayisədə 12,1 % çoxdur.

İpoteka kreditlərinin 5,2 %-i və ya 171,044 milyon manatı Sumqayıtın, 2,1 %-i və ya 67,830 milyon manatlıq hissəsi Gəncənin, 2,2 %-i və ya 72,974 milyon manatlıq hissəsi isə digər regionların payına düşüb. Bu da, illik müayisədə müvafiq olaraq 3,4 % az, 11,3 % çox və 27,4 % çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti