...

AYİB Orta Dəhlizin səmərəliliyinin artırılması üzrə layihələr müəyyən edib

İqtisadiyyat Materials 12 İyun 2024 13:17 (UTC +04:00)
AYİB Orta Dəhlizin səmərəliliyinin artırılması üzrə layihələr müəyyən edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhlizin səmərəliliyinin artırılması üzrə layihələr müəyyən edib.

Trend "Xəzər Siyasət Mərkəzi”nə (Caspian Policy Center) istinadən xəbər verir ki, bu barədə AYİB-in Avrasiya infrastrukturu üzrə direktoru Yekaterina Miroşnik Londonda keçirilən Xəzər regionunda bağlantılar üzrə 2-ci konfransda çıxışında deyib.

O, AYİB-in Mərkəzi Asiya regionunda apardığı son tədqiqatda müəyyən edilmiş 30 potensial investisiya layihəsindən danışıb.

Miroşnik qeyd edib ki, tədqiqat şəbəkəni əhəmiyyətli dərəcədə təkmilləşdirmək üçün beş Mərkəzi Asiya ölkəsinin hamısında infrastruktura 18,5 milyard avro olaraq qiymətləndirilən investisiyalara əsas prioritet ehtiyacları aşkarlayıb.

"Bu layihələrin heç biri tariflərin artırılması, bazarın liberallaşdırılması və özəl sektorun iştirakı kimi tədbirlər olmadan mümkün olmayacaq", - o deyib.

Dünya Bankının İnkişaf üzrə məsləhətçisi Sofi İbbotson isə öz növbəsində Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın zəruriliyindən danışıb.

"Orta Dəhlizin əsl cəlbediciliyi onun həm regiondaxili, həm də regionlararası əlaqələrini yaxşılaşdırmaq potensialındadır", - o deyib.

Regional inkişafın təşviqi ilə bağlı problemləri şərh edən İbbotson bildirib ki, yüksək nəqliyyat xərcləri Mərkəzi Asiyada istehsalat artımını məhdudlaşdıran və iqtisadi artıma lazımsız məhdudiyyətlər qoyan əsas amillərdən biridir.

"Nəqliyyat xərclərini azalda bilsək, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan kimi ölkələr investorlar və satıla bilən məhsullarla maraqlanan beynəlxalq alıcılar üçün daha cəlbedici olacaq", - deyə o aydınlıq gətirib.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti