...

AİB regionda İslam maliyyələşdirməsinin aktiv bələdçisi ola bilər - İdarə Heyəti sədrinin müavini

İqtisadiyyat Materials 27 İyun 2024 10:26 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Almatı. Trend:

Avrasiya İnkişaf Bankı (AİB) regionda İslam maliyyələşdirməsinin aktiv bələdçisi ola bilər.

Trend-in müxbiri xəbər verir ki, bu barədə AİB-in İdarə Heyətinin sədrinin müavini Ruslan Dalenov bankın Almatıda keçirilən biznes forumu çərçivəsində "Mərkəzi Asiyada İslam Maliyyəsi" mövzusunda sessiyasında deyib.

"AİB geniş müştəri bazasına malik beynəlxalq təşkilat olmaqla, regionda İslam maliyyəsinin aktiv bələdçisi ola bilər. AİB lazımi tənzimləmə düzəlişlərini hazırlamaq və tətbiq etmək üçün bir növ tənzimləyici "sandbox" ola bilər", - deyə o vurğulayıb.

Dalenov qeyd edib ki, AİB İslam maliyyəsinin bələdçisinə çevrilmək yolunda yeni investisiyalar cəlb etməklə region ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün yeni alətlər təklif edəcək.

Onun sözlərinə görə, AİB-də "İslam pəncərəsi" işə salınacaq.

"2025-ci ildə Avrasiya İnkişaf Bankında "İslam pəncərəsi" tam formatda işə salınacaq. Bir sıra pilot layihələr maliyyələşdiriləcək. Bu, böyük investisiya layihələrinin maliyyələşdirilməsinə keçməyə imkan verəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində AİB-in biznes forumu çərçivəsində Mərkəzi Asiyada İslam Maliyyəsi" mövzusunda birinci sessiyası keçirilir.

Sessiyada iştirakçılar Mərkəzi Asiya dövlətlərində maliyyə layihələrinin təməl prinsiplərini müzakirə edəcək, yanaşı problemləri və onların həll mexanizmlərini nəzərdən keçirəcək.

Qlobal bank aktivlərində İslam maliyyəsi seqmenti 2024-cü ilin əvvəlinə olan məlumatlara görə 2 faiz təşkil edir, lakin bu, artıq 4 trilyon ABŞ dollarıdır və sürətlə artmaqdadır. Beləliklə, 2015-2021-ci illər ərzində dünyada İslam aktivlərinin həcminin orta illik artımı ənənəvi maliyyə aktivləri arasında 5,8 faiz ilə müqayisədə 10,5 faiz təşkil edib.

İslam bankları hazırda dünyanın 40-dan çox ölkəsində dayanıqlı mövqelər tutub və klassik kredit təşkilatları ilə effektiv rəqabət aparmağa başlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti