...

Zakir İbrahimov “Filizçay” layihəsinin ilkin investisiya dəyərini açıqlayıb

İqtisadiyyat Materials 13 Avqust 2024 14:38 (UTC +04:00)
Zakir İbrahimov “Filizçay” layihəsinin ilkin investisiya dəyərini açıqlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Hazırda Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji tədqiqatlar aparılır. Həyata keçirilən laborator sınaq-tədqiqatlar sink, gümüş, mis və qurğuşunun əldə olunmasına hədəflənib. Təsəvvür edin ki, bir yataqda qeyd etdiyim metallar yerin təkində mövcuddur. Həmin metalların çıxarılması və yüksək çıxım faizi ilə emalını bir istehsal müəssisəsində təmin edən ən optimal texnologiyaya ilə həyata keçirilməlidir”.

Trend xəbər verir ki, bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov bildirib ki, “Filizçay” yatağınin ümumi filiz ehtiyatı 112.71 milyon ton, yerin təkində olan metal ehtiyatları isə cari birja qiymətləri nəzərə alınmaqla, qızıl ekvivalentində 10.7 milyon unsiya həcmində qiymətləndirilib:“Lakin əvvəlki illərdə süxur nümunələri üzərində aparılan təhlillər mənfi nəticələr vermişdi. Yəni nəticələrə əsasən yataqda böyük ehtiyatların olmasına baxmayaraq iqtisadi səmərəli istismar işlərinin aparılması mümkün hesab edilmirdi. Metalın filizdən çıxım faizi az olduğu halda, hasilat və emal prosesi səmərəli olmur. Lakin biz dünyanın bir çox nüfuzlu laboratoriyalarında analizlərimizi davam etdirdik. Sevindirici haldır ki, nəhayət bu yaxınlarda sink və mis üçün texnoloji həll tapmağa nail olduq. Sink üzrə filizdən çıxım 80.6 faiz, mis üzrə 53.5 faizə qaldırıldı. Hazırda gümüş və qurğuşun üzərində intensiv sınaqlar aparılır. Ümid edirik ki, müsbət nəticə əldə edə biləcəyik. Yalnız bundan sonra “Filizçay” yatağında istismar işləri iqtisadi səmərəli hesab olunacaq və infrastrukturun qurulması üçün müvafiq layihələndirmə, tikintimərhələsinəkeçid mümkün olacaq. Həmçinin “Filizçay” yatağı işə düşərsə, yaxınlıqda yerləşən digər yataqlarda, o cümlədən – müstəqil şəkildə istismarı iqtisadi səmərəli hesab edilməyən “Mazımçay”, “Katsdağ” mis yataqlarında da hasilat prosesinə başlanıla bilər”.

QSC sədri qeyd edib ki, “Filizçay” layihəsinin ilkin investisiya dəyəri 400 milyon manatdır:“Lakin texniki-iqtisadi əsaslandırmanın nəticələrindən asılı olaraq investisiya dəyərində dəyişiklik istisna edilmir. Amma böyük fərq gözlənilmir. Bir neçə beynəlxalq investor da layihədə iştiraka maraq göstərir. Həmin investorlarla görüşlərimiz, təmaslarımız davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti