...

Azərbaycanın bank sektorunun maliyyə profili 2017-ci ildən bəri xeyli möhkəmlənib - “Fitch Ratings”

İqtisadiyyat Materials 11 Oktyabr 2024 16:50 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektorunun maliyyə profili 2017-ci ildən bəri dollarlaşma səviyyəsinin azalması və kapitalizasiyaya olan təzyiqin azalması sayəsində əhəmiyyətli dərəcədə güclənib.

Trend bu barədə “Fitch Ratings”ə istinadən xəbər verir.

Qeyd edilib ki, bu yaxşılaşma kredit portfelinin daha effektiv strukturu, tənzimləyici nəzarətin sərtləşdirilməsi və maliyyə bazarının inkişafı ilə müşayiət olunub.

"Azərbaycan, 2024-cü ilin ilk yarısının yekunlarına əsasən ÜDM-ə nisbətdə 20 faiz kreditləşmə səviyyəsi ilə MDB+ regionunda ən aşağı kredit nüfuzuna malik ölkələrdən biri olaraq qalır. Bununla belə, bu, bank biznesinin genişlənməsi və gəlirlərin artması üçün gələcək illərdə imkanlar yaradır. Proqnozlara görə, kreditləşmənin artımı 2024-cü ildə 20 faizə çatacaq, sonra isə 2025-ci ildə 15 faizə qədər yavaşlayacaq", - agentlik bildirib.

“Fitch” analitiklərinin fikrincə, dəyərsizləşmə əlamətləri daşıyan kreditlərin həcmi 2018-ci ilin sonundan etibarən rekord səviyyədə azalıb.

"Bu, Azərbaycanın Beynəlxalq Bankının balansının təmizlənməsi üzrə görülən qəti tədbirlər və 2016-2023-cü illərdə zəif və kiçik bankların lisenziyalarının geri alınması sayəsində mümkün olub. Bu tendensiya həmçinin biznes mühitinin yaxşılaşmasını və iri, uzunmüddətli və dollarlaşmış korporativ kreditlərə qarşı bankların risk meylinin azalmasını əks etdirir", - reytinq agentliyində bildirib.

“Fitch”in təhlilinə əsasən, yerli banklar getdikcə daha çox pərakəndə kreditləşməyə diqqət yetirir ki, bu da daha az risklidir və daha gəlirlidir.

"Pərakəndə kreditlərin payı 2024-cü ilin ilk yarısının sonunda ümumi kreditlərin 58 faizinə çatıb (2018-ci ilin sonunda isə 41% idi). Bununla belə, Azərbaycanın tsiklik iqtisadiyyatı və onun struktur çatışmazlıqları korporativ kreditlərin keyfiyyəti üçün risk yaratmaqda davam edir", - agentlik bildirib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti