Bakı. Trend:
Yelo Bank ardıcıl ikinci ildir ki, ADA Universitetinin
İxtisasartırma Proqramının təşkil etdiyi "Liderlik Bacarıqlarının
İnkişafı" proqramında iştirak edir. Builki proqrama Bank-da menecer
vəzifələrini icra edən 25 əməkdaş qoşulub.
Proqramın bir-birindən maraqlı 7 modulu müasir iş mühitində lazım
olan əsas keyfiyyətləri — sürətli düşüncə tərzi, uğurlu liderə xas
ünsiyyət və etika qaydaları, dəyişikliyin və komandanın
idarəedilməsi mövzularını əhatələyib.
İnteraktiv formatda keçirilən proqramda iştirakçılar təqdimatlar,
beyin fırtınası, keys çalışmaları, praktiki tapşırıqlar, qrup
işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq etmək
şansı qazanıblar.
Yelo Bank bu proqrama qoşulmaqla yalnız menecerlərinin fərdi
inkişafına deyil, həm də ümumi komandanın uğurlarına fokuslanıb.
Belə ki, Bank bu təşəbbüs vasitəsilə komandanın potensialını
maksimum səviyyəyə çatdırmağı və öz işində parlaq nəticələr
qazanmağını hədəfləyir.
Bank xidmətləri, o cümlədən mikro
kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı! (FOTO)
Foto: Yelo Bank