...

Azərbaycana gələn əcnəbilərin sayı 27%-dən çox artıb

İqtisadiyyat Materials 13 Dekabr 2024 14:44 (UTC +04:00)
Azərbaycana gələn əcnəbilərin sayı 27%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195 ölkəsindən 2412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 16,1 faizi Türkiyə, 8,9 faizi Hindistan, 8 faizi İran, 4,1 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3 faizi Pakistan, 1,8 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi İsrail, hər birindən 1 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67 faizini kişilər, 33 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2 dəfə, Cənubi Koreyadan - 2 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45 faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan - 37 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan - 28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz, Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, Səudiyyə Ərəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən - 20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz, Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti