Bakı. Trend:
Ötən il Azərbaycanda 59,6 min ton sürtkü yağları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin göstəriciləri ilə müqayisədə 9,7 min ton, yaxud da 16,2% artıqdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilmiş sütkü yağlarının həcmi 59,9 min ton olub.
Bununla yanaşı, ötən il Azərbaycanda 18 min ton mühərrik yağları, 6 min ton hidravlik yağlar, 25,2 min ton sənaye yağları istehsal edilib.