Bakı. Trend:
Ötən il Şahdəniz yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon dollar əməliyyat xərcləri sərf edilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 9 milyon dollar və ya 0.41% çoxdur. Bununla yanaşı, ötən il Şahdəniz yatağı üzrə əsaslı xərclər 766 milyon dollar təşkil edib ki, bu da, illik müqayisədə 116 milyon dolları, yaxud da 14,1% azdır.
Belə ki, 2023-cü ildə Şahdəniz yatağı üzrə fəaliyyətlərə 2 milyard 194 milyon dollar əməliyyat xərcləri və 892 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.