...

“S&P” Azərbaycanda kreditləşmənin artım proqnozunu açıqlayıb

İqtisadiyyat Materials 17 Fevral 2025 11:51 (UTC +04:00)
“S&P” Azərbaycanda kreditləşmənin artım proqnozunu açıqlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings”in məlumatına görə, Azərbaycanda 2025-ci ildə kredit artımını təxminən 15% proqnozlaşdırılır.

Trend“S&P”ə istinadən xəbər verir ki, kredit artımının əsas səbəbi istehlak kreditlərinin artımıdır.

“Buna baxmayaraq, özəl sektorun borcları Azərbaycanla eyni səviyyədə olan ölkələr arasında ən aşağı yerdədir. Ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14%, korporativ borcun ÜDM-ə nisbəti isə 10% təşkil edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, ötən il Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 29,3 milyard manat təşkil edib. Ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki illə müqayisədə 5,3 milyard manat, yaxud da 22,1% artıb. 2023-cü ildə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 24 milyard manat olub.

Xatırladaq ki, 2024-cü ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti