Bakı. Trend:
Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” tarixi mədəniyyət abidəsi bərpa olunacaq.
Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi müvafiq işlərə start verib.
Belə ki, şəhər ərazisində yerləşən “Ərbabın İş Yeri” və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmir işləri aparılacaq.
Nazirlik sözügedən işlərin icrasının 2,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.