...

İğdır - Naxçıvan qaz kəmərinin ölkəmiz üçün əhəmiyyəti nə olacaq? - ŞƏRH

İqtisadiyyat Materials 6 Mart 2025 20:20 (UTC +04:00)
İğdır - Naxçıvan qaz kəmərinin ölkəmiz üçün əhəmiyyəti nə olacaq? - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı olub. Videobağlantı formatda açılışda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

İğdır- Naxçıvan qaz kəmərinin ölkəmiz üçün əhəmiyyəti nələr olacaq?

İğdır-Naxçıvan qaz kəməri, Azərbaycanın enerji siyasətində mühüm rol oynayacaq və regionda enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir. Qaz kəməri Azərbaycanın enerji şəbəkəsini gücləndirərək, ölkənin qaz təminatını daha da şaxələndirəcək. Bu kəmər, Azərbaycanın Naxçıvan Muxtar Respublikasını dayanıqlı və etibarlı qaz təchizatı ilə təmin edəcək.

Bu layihə, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq və iki bölgə arasında ticarət və iqtisadi əlaqələri daha da gücləndirəcək. Həmçinin, Naxçıvanla əlaqəli digər regional ölkələrə qaz ixracının mümkünlüyü bu layihə ilə artacaq.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, İğdır- Naxçıvan qaz kəməri ölkəmiz üçün çox əhəmiyyətlidir.

"Kəmərin əsas məqsədi Naxçıvanın enerji təminatının stabilliyinə nail olmaqdır. 20 il əvvəl 2005-ci ilin noyabırından Naxçıvanın qaz təminatı İran üzərindən svop layihələri vasitəsiylə həyata keçirilirdi. Bu günə qədər Muxtar Respublikanın qaz təminatı bu marşruta bağlıdır. Hansısa fors-major halları olduqda Naxçıvanın qaz təminatında stabillik yoxdur. Bu baxımdan alternativ marşrutun ərsəyə gəlməsi Naxçıvanın qaz təhlükəsizliyini artırılması deməkdir. Bunun nəticəsində artıq Naxçıvanda müstəqillik illərində özünün enerji təminatını yüksək səviyəyə qaldırmış olur", - iqtisadçı əlavə edib.

Ekspert qeyd edib ki, Azərbaycan Naxçıvanın qazla təminatına görə İrana yüksək məbləğdə pul ödəyir.

"Hər iki ölkə arasındakı görüşlərdə Azərbaycan bu məsələni qaldırsa da, İran məbləği azaltmırdı. İran bilirdi ki, alternativi yoxdu və bundan istifadə edirdi. Hazırda alternativin yaranması İranın mövqelərinin yumşalmasına gətirib çıxaracaq. Bu kəmər enerji sahəsində rəqabəti gücləndirəcək", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti